O dövr SSRİ rəhbərliyini bəyənməyən, onu nəinki tənqid, hətta lağa qoyan Putin rejiminin, Ukraynaya belə açıq, həyasız hücumu, mövcud Rusiya hakimiyyətinin, onun "təhlükəsizlik sobraniyasının" nə qədər düşüncəsiz, məntiqsiz, lovğa, hadisələrin hansı sonluqla bitə biləcəyini proqnozlaşdıra bilməyən "pasan sobraniyası" olduğunun bariz nümunəsidir.
Adam nə qədər reallıqdan uzaq olmalıdır ki, oturuşmuş dövlər strukturu, demokratik yolla seçilmiş hakimiyyəti, ordusu, düşmənə sonsuz nifrət ruhlu xalqı, böyük ərazisi, iqtisadiyyatı və biznes şəraiti Rusiyadan qat, qat liberal olan, Suriya, Əfqanıstan deyil, müasir Avropa ölkəsinə, gülməli bəhanələrlə, cəmi iki yüz minlik qoşunla hücum etsin. Kiyev daxil, əhali tərəfdən dəstəklənən böyük şəhərlərin yerli hakimiyyətini devirmək üçün göndərilən, anındaca məhv edilən, rus desant qruplanının əməliyyat ideya rəhbəri olan generallar, siz bu qərarı verəndə haranızla düşündünüz?
Müharibə olacağını əminliklə deyən az qisim politoloqlardan olan Qleb Pavlovskidən, nədən bu nəticəyə gəldiyini soruşanda, cavab verir ki, "müharibə olmayacağını deyənlər, bunu məntiqdən çıxış edərək deyirdilər, amma mövcud Rusiya hakimiyyətindən məntiq gözləmək əbəsdir, ona görədə mən müharibənin olacağına qəti əmin idim. Biz rusiyalılar, ən pis günlərimizə hazırlaşmalıyıq, çünki bu avantüranın baş verməsində hamımızın bir vətəndaş olaraq günahımız var..."
Artıq Rusiyanın o qara günləri başladı. Mövcud olduğu tarixdə Rusiya hələ belə ciddi, amansız beynəlxalq təpki ilə üzləşməyib...
Hərbi şərhçi Tərlan Eyvazov Demokrat.az


