İdman

Çempionlar Liqasının finalı Rusiyadan alınaraq Fransaya verildi

Çempionlar Liqasının finalı Rusiyadan alınaraq Fransaya verildi

UEFA İcraiyyə Komitəsi Çempionlar Liqasının final oyununu RusiyanınSankt-Peterburq şəhərindən alaraq, Fransanın paytaxtı Parisə verib.

Demokrat.az xəbər verir ki, qurumun İcraiyyə Komitəsi yeni qərara səbəbkimi Rusiyanın Ukraynaya qarşı müharibə etməsini və hərbi müdaxiləsi yol verməsini əsas götürüb.

Digər qərara əsasən, Rusiya və Ukrayna klubları qitə yarışlarında ev qarşılaşmalarını neytral meydanda keçirməli olacaqlar.

Xatırladaq ki, Cempionlar Liqasının builki final matçı 28 may tarixində baş tutacaq.

Zamiq

Demokrat.az

D
demokrat.az