Kriminal

Bakıda qadın yaşadığı evdə öldürüldü

Bakıda qadın yaşadığı evdə öldürüldü

Bakının Xəzər rayonunda qətl törədilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, fevralın 23-də Sevinc Cəfərovanın yaşadığı evdə kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişin tanışı Samir Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.

Kərim Demokrat.az

D
demokrat.az