Gündəm

Deputat: “Azərbaycanla Rusiya arasında münasibətlər nə qədər səmimiləşsə, bu, bizim xeyrimizədir”

Deputat: “Azərbaycanla Rusiya arasında münasibətlər nə qədər səmimiləşsə, bu, bizim xeyrimizədir”

“Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında bəyannamənin imzalanması heç bir vətəndaşımızı qorxutmamalıdır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat qeyd edib ki, Azərbaycanın təhlükəsizliyi baxımından belə bir bəyannamənin imzalanması ancaq Azərbaycanın xeyrinədir:

“Xatırlayırsınızsa, 2021-ci ilin iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Şuşa Bəyannaməsi imzalandı. Və Azərbaycan öz tarixində ilk dəfə olaraq Türkiyə ilə mütəffiq oldu. Mətbuatın da yazdıqlarından belə bəlli olur ki, Rusiya ilə də belə bir müqavilə imzalana bilər. Təbii ki, bu bəyannamədə də mütəffiqlikdən söhbət gedir. Bilirik ki, Azərbaycan Rusiya ilə qonşudur və Ermənistanla Azərbaycan arasında sərhəd, Zəngəzur dəhlizi məsələsi var. Bu baxımdan da, Azərbaycanla Rusiya arasında münasibətlər nə qədər səmimiləşsə və bu səmimiləşmə bəyannamələrdə, müqavilələrdə öz əksini tapsa, bu hər iki dövlətin, o cümlədən də Azərbaycanın xeyrinədir. Hesab edirəm ki, belə bir bəyanatın imzalanması iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az