Bakıda 19 yaşlı gənc qızı avtomobil vurub.
Demokrat.az xəbər verir ki, hadisə Səbail rayonunda Şəhidlər Xiyabanının qarşısında qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Hüseynova Günel Etiraz qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın koməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ incik sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.(report.az)


