"Ukraynada olan Çexiya vətəndaşları bu ölkəni tərk etməlidirlər".
Modern.azxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.
"Biztərəfdaşlarımız və müttəfiqlərimizlə daimi təmasdayıq. Ukraynaya səfərlər haqqındatövsiyələr dərc ediləcək. Mən vətəndaşlarımızı bu vaxt Ukraynaya səfər etməməyə çağırmaq istəyirəm”.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynada 114 Çexiya vətəndaşı var. Respublikanın bu ölkədəki səfirliyi və baş konsulluğu əsas funksiyalarını yerinə yetirməkdə davam edir.


