İdman

İrina Zaretska qızıl, Turqut Həsənov bürünc medal qazandı

İrina Zaretska qızıl, Turqut Həsənov bürünc medal qazandı

Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinin qalibi olub.

68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.

Zaretskadan fərqli, Tural Ağalarzadə (67 kq) finalda məğlubiyyətə üzülüb. O, həlledici görüşdə qazaxıstanlı Didar Amrali ilə dueldən məğlub ayrılıb və gümüş medalla kifayətlənib.

Millimizə digər mükafatı Turut Həsənov (84 kq) qazandırıb. O, üçüncü yer uğrunda döyüşdə Robin Rettenbaherə qalib gəlməklə, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan Karate1 Premyer Liqa turnirində 9 idmançı ilə təmsil olunub.

Həsən Demokrat.az

D
demokrat.az