İdman

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazandı

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazandı

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

90 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Serbiya təmsilçisiNemanya Maydovla üz-üzə gəlib.

Rəqibinə qızıl xal bölümündəqalib gələn Mehdiyev Böyük Dəbilqənin qalibi olub.

100 kq-da yarışan Zelim Kotsoyevbürünc medal görüşündəOnise Saneblidze (Gürcüstan)ilə üz-üzə gələcək

Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

Zamiq Demokrat.az

D
demokrat.az