İdman

“Qarabağ” tarixi matça çıxır

“Qarabağ” tarixi matça çıxır

Azərbaycanın avrokuboklardan yeganə təmsilçisi “Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Demokrat.az xəbər verir ki, Qurban Quranovun komandası Fransada “Marsel”lə üz-üzə gələcək.

“Velodrom” stadionunda keçiriləcək oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.

Ağdam təmsilçisi tarixində ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlib. Bu, həm də, Azərbaycan futbolu tarixində ilkdir. “Qarabağ” çətin səfər matçından sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Baxmayaraq ki, rəqib Fransanın köklü klublarından biridir və Liqa 1-də PSJ-dən sonra 2-ci pillədə qərarlaşıb.

Avropa Konfrans Liqası Pley-offun ilk oyunu 17 fevral 00:00. Marsel – Qarabağ Baş hakim: Nikola Dabanoviç (Monteneqro). Fransa, “Velodrom” stadionu.

Demokrat.az

D
demokrat.az