Bu gün Vətən Müharibəsi şəhidi əsgər Əfqan Hüseyn oğlu Axundovun cənnətdə doğum günüdür.
Demokrat.az xəbər verir ki, u münasibətlə Salyan şəhərində Vətən müharibəsi şəhidi əsgər Əfqan Hüseyn oğlu Axundovun adına tikilmiş abidə xatirə kompleksinin qarşısında anım tədbiri keçirilib. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən şəhidin ailə üzvləri, qohumları, müəllimləri çıxış edərək şəhidimizin keçdiyi döyüş yolundan bəhs edərək, onun qəhrəmanlığının hər kəsə örnək olduğunu qeyd ediblər.
Ümumtəhsil məktəblərinin şagirdləri şeir kompozisiyası səsləndiriblər. Tədbirdə Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəalları, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi də iştirak ediblər. Abidə xatirə kompleksinin önünə gül dəstələri qoyulub və şəhidlərimizin ruhlarına dualar oxunub. Arbatan kənd qəbiristanlığında Vətən Müharibəsi şəhidi əsgər Əfqan Hüseyn oğlu Axundovun və Qarabağ şəhidlərinin məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Demokrat.az


