Serbiyanın paytaxtı Belqradda fevralın 28-də start götürəcək şahmat üzrə FIDE Qran-prisinin II mərhələsinin püşkü atılıb.
"Report"un Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov reytinq favoritlərindən biri kimi D qrupuna düşüb.
Hazırda 2767 xala malik 37 yaşlı qrossmeyster qrupun 1-ci pilləsində yer alıb. Onun rəqibləri fransalı Maksim Vaşye-Laqrav (2761), çinli Yu Yanqyi (2713) və rusiyalı Aleksandr Predke olacaq.
A qrupu:
Aleksandr Qrişuk (Rusiya), 2764 Dmitri Andreykin (Rusiya), 2724 Sem Şenklend (ABŞ), 2708 Etyen Bakro (Fransa), 2642
B qrupu:
Aniş Giri (Niderland), 2772 Nikita Vityuqov, (Rusiya), 2726 Pentala Harikrişna (Hindistan), 2719 Amin Tabatabayi (İran), 2623
C qrupu:
Rixard Rapport (Macarıstan), 2763 Vidit Qucrati (Hindistan), 2727 Vladimir Fedoseyev (Rusiya), 2704 Aleksey Şirov (İspaniya), 2704
D qrupu:
Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN), 2767 Maksim Vaşye-Laqrav (Fransa), 2761 Yu Yanqyi (Çin), 2713 Aleksandr Predke (Rusiya), 2682
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidvörəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Finala vəsiqə qazanacaq şahmatçılar həm də İddiaçılar Turnirində iştirak hüququ əldə edəcəklər.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
Demokrat.az


