Dünya

İtaliyanın XİN rəhbəri Ukraynaya gedir

İtaliyanın XİN rəhbəri Ukraynaya gedir

İtaliyanın xarici işlər naziri Luici Di Mayo fevralın 15-də Kiyevə səfər edəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İtaliya XİN-i məlumat yayıb.

“İtaliyanın Rusiya və Ukrayna arasında gərginliyi azaltmaq səyləri və böhranın diplomatik həlli axtarışları çərçivəsində xarici işlər naziri Luici Di Mayo sabah Kiyevə səfər edəcək”, - XİN-in açıqlamasında bildirilir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki gündən sonra Di Mayo ilə əlaqə saxlamağı planlaşdırdığını bildirib.

D
demokrat.az