Hadisə

Ötən gün 30 yanğın hadisəsi olub — RƏSMİ

Ötən gün 30 yanğın hadisəsi olub — RƏSMİ

Ötən sutka ərzində 30 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Demokrat.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər, o cümlədən Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində "Chevrolet” və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

D
demokrat.az