Gündəm

“Rusiya-Ukrayna arasında müharibə ehtimalı güclənir” — ŞƏRH

“Rusiya-Ukrayna arasında müharibə ehtimalı güclənir” — ŞƏRH

“Rusiya-Ukrayna arasında müharibənin başlanma ehtimal yüksəkdir”.

Bunu Demokrat.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib:

“Hazırda Amerika Birləşmiş Ştatları, İngiltərə, o cümlədən də Avropanın müxtəlif ölkələrindən verilən açıqlamalar bu yöndədir. Proseslər onu göstərir ki, Rusiya geri durmayacaq. Bunun üçün də gərək NATO tərəfinin mütəffiqləri geriyə addım atsın. Görünən odur ki, bütün istiqamətdə bu hücumların arxasında bu dayanır ki, Rusiya Ukraynaya hücum etsin. Ukraynaya hücum etdikdən sonra isə Rusiya ilə bağlı çox dərin sanksiyalar həyata keçirsinlər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az