Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. 1972-ci il təvəllüdlü Araz Bayramov bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə A.Bayramovu qaynı bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır./apa


