Koronavirus testi müsbət çıxan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan özünün və xanımı Əminə Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib.
Demokrat.azxəbər verir ki, bu barədə Türkiyə lideri tviterdə paylaşım edib:
"Bu səhər həkimimiz müayinə etdi. Allaha şükür, heç bir neqativ hal yoxdu. Əminə xanımla işimizi evdən davam etdiririk".
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub. Onların “COVID-19” testinin nəticəsi müsbət çıxıb.


