Region

Türkiyədə turistləri daşıyan mikroavtobus aşdı

Türkiyədə turistləri daşıyan mikroavtobus aşdı

Türkiyənin Ərzurum vilayətinin Palandöken xizək mərkəzi bölgəsində turistləri daşıyan mikroavtobus aşıb.

İlkin məlumatlara görə, qəzada 25 nəfər yaralanıb.

Qəza mikroavtobus bir hotelin müştərilərini hava limanına apararkən baş verib.

Hadisə yerinə çox sayda xilasedici, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az