Bakıda ana və qızını avtomobil vurub.
Demokrat.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1961-ci il təvəllüdlü Abdullayeva Tahirə İbrahim qızı və övladı - 1989-cu il təvəllüdlü Abdullayeva Şəfa Cənnətalı qızı yolu keçərkən avtomobil onları vurub.
Yaralılar təcili tibbi yardımın koməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(report.az)


