Qarabağda 44 günlük müharibədə ölən daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Füzulidə tapılan cəsədin şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyənləşəcək.
Məlumata görə, 2020-ci il noyabrın üçtərəfli bəyanatdan sonra indiyədək hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1709 erməni hərbçinin cəsədi aşkar olunub.


