Balakən rayonunun Gərəkli kəndində birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın yerinin kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü Osmanov Zumrat Nəcməddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


