Türkiyəni Ukraynaya zərbə PUA-larının təchizatına görə ittiham etmək doğru deyil. Bu təchizat NATO ilə tərəfdaşlıq planına uyğundur.
BunuMilli Müdafiə naziri Hulusi Akar deyib.
Akar bildirib ki,Türkiyə həm Rusiya, həm Ukrayna, həm də NATO-nun tərəfdaşları ilə müxtəlif sahələrdə, o cümlədən müdafiə sənayesində aktiv əməkdaşlıq edir:
"Bu əməkdaşlığın bir nümunəsi də Ukraynaya zərbə PUA-larının çatdırılmasıdır. Dronların alınması barədə qərarı Kiyev verdiyi üçün Ankaranı bu işdə ittiham etmək doğru deyil. Ukrayna NATO-nun xüsusi statuslu tərəfdaşıdır və onun müdafiə potensialının gücləndirilməsi Ukrayna – NATO fərdi əməkdaşlıq planının tərkib hissəsidir”./yenisabah.az


