Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumata görə, bir gündə26 784vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı2 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı2 651, buster doza üzrə vaksinasiya olunanların sayı isə21 514nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı11 756 566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı5 208 739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı4 723 586, buster doza üzrə vaksinasiya olunanların sayı isə1 824 241təşkil edir.


