Hadisə

10 yaşlı uşağı maşın vurdu

10 yaşlı uşağı maşın vurdu

Cəlilabadda 10 yaşlı uşağı avtomobil vurub.

“Report” xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Mirzəyeva Nərmin Elməddin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyinin əziyi və sağ təpə gicgah nahiyəsinin sınığı diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

D
demokrat.az