Nadir Adilov: “1 saylı Gəncə Mediasiya Təşkilatında monitorinq aparılacaq”

GÜNDƏM 11 yan 2022, 17:30
Dövlət qeydiyyatına alınmış və Mediasiya Şurasına üzvlük üçün müraciət etmiş 1 saylı Gəncə Mediasiya Təşkilatında monitorinq aparılacaq.

Bunu e-huquq.az-a açıqlamasında Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O bildirib ki, mediasiya təşkilatlarının reyestrinə daxil edilmək məqsədi ilə 1 saylı Gəncə Mediasiya Təşkilatında Xüsusi Komissiya tərəfindən monitorinq aparılacaq və təşkilatın yerləşdiyi ofis, mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şərait videoqəbul və videomüşahidə vasitəsilə araşdırılacaq. Aparılan monitorinqin nəticələri Mediasiya Şurasının İdarə Heyətinə təqdim ediləcək.

"1 saylı Gəncə Mediasiya Təşkilatı Azərbaycan Respublikası regionları üzrə yaradılmış ilk Mediasiya Təşkilatı olaraq Şuraya müraciət edib. Şura tərkibində yaradılmış Xüsusi Komissiya qeyd edilən təşkilatın fəaliyyətini yoxladıqdan sonra heç bir nöqsan aşkar edilməsə və təşkilat qanunvericiliyin tələblərinə uyğun fəaliyyətini qurmuş hesab edilsə, İdarə Heyətinin qərarı ilə mediasiya təşkilatlarının reyesterinə daxil ediləcək. Bundan sonra Şuranın İdarə Heyəti müəyyən rayonlardan daxil olan iş bölgülərinin qeyd edilən təşkilata yönləndirilməsi barədə qərar verəcək", - deyə N. Adilov qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top