Alı Alıyev bayram günlərində vətəndaşlarla görüşdü, problemlərini dinlədi — FOTOLAR

GÜNDƏM 03 yan 2022, 11:19
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbələri bayram günlərində Qayıdış qəsəbələrində olub, vətəndaşlarla görüşüblər.

Demokrat.az xəbər verir ki, Alı Alıyev, vətəndaşları Yeni il və Həmrəylik günü münasibəti ilə təbrik edib, onların problem və qayğıları ilə maraqlanıb. 

Həmçinin Alı Alıyev, Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Qeyd edib ki, mütamadi olaraq ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Sonda rayon sakinləri Yeni il və Həmrəylik günü münasibəti ilə Prezident cənab İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edərək, onlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top