"2022-ci ildə Qara dənizdə alınan qaz Türkiyənin hər tərəfinə çatacaq"

REGİON 01 yan 2022, 19:52

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyənin şimalındakı Zonquldak vilayətinin Çaycuma bölgəsində Filios təbii qaz emalı zavodunun tikintisi ilə tanış olub.

Nazir bu obyektdən qazın dənizdən quruya ötürülməsi həyata keçiriləcəyini bildirib.

"Zavodun ilkin gücü sutkada 10 milyon kubmetr olacaq, lakin sonradan bu rəqəmi 40 milyon kubmetrə çatdırmağı planlaşdırırıq. Bu layihə həm də ekoloji təmiz təşəbbüsdür", - nazir vurğulayıb.Onun sözlərinə görə, obyekt 320 hektar ərazidə tikilir. "Hesab edirəm ki, bu miqyasda və bu həcmdə müəssisə Avropada birinci yeri tutacaq. Burada ən son texnologiyalar tətbiq olunacaq. Ehtimal edirik ki, sənaye kompleksi gələn ilin birinci rübündə istifadəyə veriləcək. Türkiyənin paylayıcı sisteminə qoşulduqdan sonra Qara dənizdən alınan qaz Türkiyənin hər yerində istifadə olunacaq. Bundan həm türk xalqı, həm də dövlətin özü qazanacaq", - deyə Dönməz əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top