Azərbaycanın titullu idmançısı karyerası ilə bağlı qərar qəbul etdi

İDMAN 29 dek 2021, 15:39
Azərbaycanın titullu taekvondoçusu Radik İsayev karyerası ilə bağlı qərar qəbul edib.

Bu barədə "Report"a 32 yaşlı idmançının özü məlumat verib. Dağıstan əsilli taekvondoçu yenə Azərbaycanı təmsil edəcəyini bildirib: "Yeni zirvələr fəth etmək üçün Bakıya gəlirəm".

Gələn aydan təlim-məşq toplanışlarına qatılacağını söyləyən İsayev bu qərarı çətinlik çəkmədən qəbul etdiyini açıqlayıb: "Xüsusi çətinliyim yox idi. Sadəcə, qərar verməli idim: Davam, yoxsa tamam. Yanvarın 7-də Bakıya gələrək, məşqlərə qatılacağam. Yenidən yüksək nəticələr göstərmək? Hər şey mümkündür. Çalışacağıq".

Qeyd edək ki, Radik İsayev Rio-2016 Yay Olimpiya Oyunlarında, Bakı-2015 I Avropa Oyunlarında və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 80 kq-dan yuxarı, 2013 və 2015-ci il dünya çempionatlarında 87 kq, 2014-cü il Avropa çempionatında 87 kq, 2018-ci ilin qitə çempionatında isə 87 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilmədiyi üçün maaşı kəsilən təcrübəli idmançı bir müddət öncə "Report"a açıqlamasında karyerasını bitirmək fikrində olduğunu bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top