İsrail hərbi postu İordan çayının sahilindən atəşə tutulub

DÜNYA 26 dek 2021, 09:30

Naməlum şəxslər İordan çayının qərb sahilində İsrail hərbi postunu atəşə tutub.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Nablus bölgəsində (İordan çayının qərb sahilində) hərbi postu atəşə tutmağa cəhd ediblər.

Atəş Nablus istiqamətindən hərəkət edən avtomobildən açılıb.

Ordunun mətbuat xidməti qeyd edir ki, yaralılar barədə məlumat yoxdur.

Ərazidə onlarla mərmi gilizləri tapılıb, şübhəlilərin axtarışı davam edir./apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top