Ermənistana uçan təyyarənin mühərriki alovlandı — VİDEO

DÜNYA 25 dek 2021, 19:33
“Utair” aviaşirkətinə məxsus təyyarənin Rusiyanın Tümen şəhərindən İrəvana icra etdiyi uçuş alovlanan mühərrik səbəbiylə təxirə salınıb.

“Səfər saat 07:20-də olmalı idi. Uçuş zamanı mühərrik partladı. Uçuş ləğv edildi. Sərnişinlərin yarısı evə getdi. Axşama yeni reys vəd edilir”, - deyə sərnişinlərdən birinin qohumu bildirib.
 
Hadisə ilə bağlı video internetdə yayılıb. Təyyarənin sol qanadının altında alovlanma görünür.
 
Hadisə ilə bağlı məlumat “Roşino” hava limanından təsdiqlənib.(oxu.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top