Deputat: “Soçi və Brüssel görüşlərində qazanılan uğurlar Azərbaycanın tarixi və diplomatik qələbəsidir”

GÜNDƏM 25 dek 2021, 13:16
“2021-ci il ölkəmiz üçün bir sıra vacib məqamlarla yadda qalan bir il oldu. Heç şübhəsiz ki, 2021-ci il dövlətimiz və xalqımız üçün növbəti uğurlu il oldu. Birincisi, 2020-ci ilin sonlarında Müzəffər Ali Baş Komandamınız rəhbərliyi ilə Azərbaycan 30 il müddətinə yaxın işğalda olan torpaqlarını düşməndən azad etdi. Rəşadətli ordumuz döyüş meydanında düşməni darmadağın etdi, Ermənistan isə məcbur olaraq  10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktına imza atdı”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat əlavə edib ki, Cənab Prezidentimizin rəhbərliyi ilə 2021-ci ilin əvvəllərindən Böyük Qayıdışa start verilib: 

“Belə ki, işğaldan azad olunmuş ərazilərdə çox nəhəng misli görünməmiş yenidən qurma və bərpa işlərinə başlanıldı. Bəlkə də, burada görülən işlər dünya tarixində bu qədər sürətlə görülməmişdir. Avtomobil nəqliyyat yollarının çəkilməsi, elektrik enerjisi təminatı, qısa zaman ərzində Füzuli Beynəlxalq Hava Limanının və digər beynəlxalq hava limanlarının tikintisi, Şuşanın və Ağdamın baş planının təsdiqlənməsi və digər ərazilərinin baş planının təsdiqlənməsi, artıq Zəngilanda və digər ərazilərdə yaşayış evlərinin tikintisi bütün bunlar əlbəttə ki, Böyük Qayıdışın birinci mərhələsi kimi qiymətləndirilməlidir. Bu, çox uğurlu bir tarixi hadisədir. Eyni zamanda, 2021-ci il məhz Azərbaycanın Qoşulmama Hərəkatına növbəti bir il ərzində sədrlik etməsi və bu təşəbbüsü üzv dövlətlərinin irəli sürməsi və dəstəkləməsi əlbəttə ki, Cənab İlham Əliyevin beynəlxalq münasibətlər sistemində böyük diplomatik uğuru kimi qiymətləndirilməlidir. Bu, özü-özlüyündə məhz Azərbaycan prezidentinin beynəlxalq münasibətlər sistemində Azərbaycanın nə qədər layiqli yerə gəlməsinin əyani təzahürü kimi qiymətləndirilir. Digər bir tərəfdən, İlham Əliyevin təşəbbüsünün BMT tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilməsi və dəstəklənməsi də Azərbaycanın növbəti uğurları arasındadır. Covid-19-a qarşı vaksinlərin əlçatanlığı, bütün xalqlar arasında eyni, bərabər paylanması ilə bağlı Azərbaycan prezidentinin təşəbbüsü   BMT-nin 179 ölkəsi tərəfindən dəstəklənmişdir. Həmçinin, BMT də xüsusi bununla bağlı qətnamə qəbul olunmuşdur. Bu da Cənab Prezidentin məhz dünyada baş verən qlobal hadisələrdə liderlik keyfiyyətlərindən xəbər verir.  Eyni zamanda, 2021-ci ildə Türk Dövlətlərinin daha yaxınlaşması, bir-birinə inteqrasiya etməsi, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq və tarixi qələbəyə görə, Türk Dövlətləri Birliyi tərəfindən İlham Əliyevin Ali ordenlə təltif olunması əlbəttə ki, Azərbaycanın növbəti uğurları sırasındadır.”.

Cavid Osmanov diqqətə çatdırıb ki, cari ildə Azərbaycanın diplomatik müstəvidə uğurları böyük olub: “İstər Soçi görüşü, istərsə də Brüssel görüşündə qazanılan uğurlar Azərbaycanın tarixi və diplomatik qələbəsidir. “Zəngəzur dəhlizi”nin də reallığa çevrilməsi Azərbaycan xalqının Zəngəzura qayıdışı kimi qiymətləndirilməlidir. 2021-ci ilin sonlarında ölkə prezidenti tərəfindən imzalanmış sərəncam və fərmanlara uyğun olaraq Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əmək haqları, pensiyaları və digər ödəmələr artırıldı. Bu da, əlbəttə ki, Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir. Heç şübhəsiz ki, 2021-ci ilin növbəti bir hadisəsi 15 iyun tarixində mədəniyyət paytaxtı Şuşada qardaş Türkiyə ilə imzalanmış müttəffiqlik haqqında Şuşa Bəyannaməsi adlı sənəd imzalandı. Bununla da, iki qardaş ölkə arasında olan bütün münasibətlər daha da yaxınlaşdırıldı və Azərbaycanla Türkiyə iki qardaş, müttəffiq ölkəyə çevrildi. Habelə, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının üzv ölkələrinin Parlament Şəbəkəsinin təsis olunması 2021-ci ilin ən uğurlu hadisələrindən biri hesab oluna bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top