“Media haqqında” qanun zərurətdən irəli gəlir — Qulu Məhərrəmli

GÜNDƏM 18 dek 2021, 10:53
Azərbaycanda “Media haqqında” qanun layihəsi hazırlanıb. Qanun layhəsinin hazırlanmasında məqsəd informasiya təhlkəsiziliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək. Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib, qanun layihəsinin müzakirələri davam edir.

Media eksperti Qulu Məhərrəmli bildirib ki, bu gün "Media haqqında" qanun layihəsinin cəmiyyətdə fərqli reaksiyalar doğurması, bəzilərində hətta həyəcan və təşviş yaratması təbiidir.

"Ona görə ki, belə bir qanunun ortaya çıxması təkcə mətbuatı, jurnalistləri, media orqanlarında çalışanları deyil, bütövlükdə cəmiyyəti düşündürən məsələdir. Çünki biz hamımız informasiya istehlakçısıyıq. Ona görə də o informasiyanın bizə necə çatması, onun arxasında dayanan ictimai münasibətlərin necə tənzimlənməsi əlbəttə ki, önəmlidir.

Faktiki olaraq yeni qanunun ortaya çıxması reallıqdır və zərurətdən irəli gəlir. Çünki KİV haqqında qanun 20 il bundan əvvəl qəbul olunub və ona dəfələrlə dəyişiklik edilib. Digər tərəfdən informasiya texnologiyalarının inkişafı, internetdən istifadənin genişlənməsi cəmiyyətdə informasiya və hüquq münasibətlərinin tənzimlənməsini tələb edir. Onlayn medianın ortaya çıxardığı rəqəmsallaşma, konvergensiya, qloballaşma, diversifikasiya və s. problemlərin hamısını özündə ehtiva edən hüquqi normalar olmalıdır" - Q.Məhərrəmli qeyd edib.(trend.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 yan 2022, 14:34
Top