Osman Gündüz: “DGK-nın bu faydalı rəqəmsal həlli şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

SOSİAL MEDİA 15 dek 2021, 13:50
"Dövlət Gömrük Komitəsi son günlər yalnız "deputat fırıldaqçılığı" nı açıqlamaqla deyil, həm də rəqəmsal işləri ilə gündəmdədir".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.

"DGK fiziki şəxslərin xaricdən aldığı malların daha effektiv formada gətirilməsini təmin edən Smart Customs rəqəmsal həllini xeyli təkmilləşdirib və yeni versiyanı təqdim edib.

Artıq hər bir şəxs bu resursla sifarişlərini izləmək, bəyannamə və bağlamaların statusu haqqında bildirişlər almaq imkanı qazanıb.

Dizaynı yenilənən Smart Customs -da istifadəçi rahatlığı təmin edilib.

CROCUSOFT şirkəti bu mobil tətbiqdə üz tanıma və barmaq izi funksiyalarını da əlavə edə bilib.

DGK-nın bu faydalı rəqəmsal həlli şəffaflığın təmin edilməsində,  ölkədə e-ticarətin inkişafında, toplanan datalar vasitəsilə daha effektiv qərarların qəbul edilməsində mühüm rol oynayır", deyə Osman Gündüz qeyd edib.

Bir 2 nəfər və mətn şəkili ola bilər
Bir bunu deyən yazı "Üz tanıma ve barmaq izi tahlükasizliyi Biometrik tanıma Barmaq izi üz tanıma ila girişi aktivlaşdirmak üçün "Aktivlaşdir" düymesina klikleyin. indi yox Aktivlaşdir Barmaq izi ila daxil ol" şəkili ola bilər
Bir bunu deyən yazı "9:41AM Sifarişlari izlamak imkanı Yeni bayannama 3/4 Mallar alav Köynak idxal gömrük rüsumu: 0m aDV:0m aDV: 29.99 1.0 adad Bağlamanı izla Daşıyıcı xarici nümayandaliyi Kosmetik aksesuarlar Idxal gömrük üsumu: m aDV: 29.99 TL 1.0 adad Daşıyıcı yerli nümayandaliyi 0 血 07.05.2021 22:00 Xarici anbarda 07.05.2021 22:00 asas kisada 07.05.2021 22:00 Kisa göndarilib 400S Bağlama üzre ümumi gömrük dayari 400$/ 680 bayannama yazılıb Ümumi deyari: 320$/ 580 gömrük rüsumu: 0$ aDV: Bağla" şəkili ola bilər
Bir mətn şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top