Dünyada ilk dəfə Türkiyədə lazer silahlı pilotsuz uçuş aparatı sınaqdan keçirilib

REGİON 11 dek 2021, 20:11
Türkiyə istehsalı olan, lazerlə işləyən pilotsuz uçuş aparatı "Eren" dünyada ilk dəfə 500, 300 və 100 metr məsafələrə uğurla atəş açıb.

Qeyd olunur ki, pilotsuz təyyarə sınaqların bütün mərhələləri başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək.

TÜBİTAK və “Asisguard” müdafiə şirkətləri tərəfindən hazırlanan “Eren” pilotsuz uçuş aparatı lazer silahlarından istifadə edərək partlayıcı elementləri uzaqdan zərərsizləşdirmək qabiliyyətinə malikdir. “Eren”in maksimum uçuş hündürlüyü 3 000 metrdir. /report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top