“İndi Ermənistan sülh barədə düşünməli idi, lakin görünən odur ki...”— AÇIQLAMA

GÜNDƏM 09 dek 2021, 20:20
“Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribatı yolverilməzdir. Üçtərəfli bəyanatdan sonra Ermənistan tərəfi belə bir adım atırsa, buna mütləq tərəflərin reaksiyası olmalıdır. Onlar acı məğlubiyyətdən nəticə çıxarmalı və hansısa təxribata, revanşist fəaliyyətə yol verməməli idilər. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ermənilərin təxribatı yenə də davam edir”.

Bu fikirləri Demokrat.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, Ermənistan yenə əvvəlki çirkin əməllərindən əl çəkmir və təxribatlar artıq davamlı xarakter alıb:

"Tez-tez Ermənistanda ölkə rəhbərliyi, ayrı-ayrı müxalif partiyalar tərəfindən Azərbaycana qarşı revanşist bəyanatlar səsləndirilir. Cənab Prezident bununla bağlı açıqlamasında dəfələrlə bildirib ki, əgər Ermənistan yenidən baş qaldırmağa çalışsa və təxribatlar törətsə, onun qarşısı qətiyyətlə alınacaq”.

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan hər zaman sülhün və əməkdaşlığın tərəfdarıdır, lakin Ermənistan buna maraqlı deyil:

“Görünən odur ki, Ermənistan təxribatları davam edir və bu, artıq davamlı bir xarakter alır. Ermənistan bu kimi təxribatlara mütləq son qoymalıdır. Unutmamalıdır ki, “dəmir yumruq” hər zaman hazırdır. Əlbəttə ki, Azərbaycan Ermənistanın bütün təxribatlarına qarşısını çox ciddi, qətiyyətli şəkildə alacaq. Əslində, indi Ermənistan sülh barədə düşünməli idi. Lakin görünən odur ki, Ermənistan tərəfi bu məsələdə heç də maraqlı deyil”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top