Azərbaycanda vətəndaşlar məcburi peyvənd edilə bilərmi? — AÇIQLAMA

SOSİAL 07 dek 2021, 12:50
“Vətəndaşlar mütləq şəkildə peyvəndləmədə aktiv iştirak etməlidirlər. Çünki sübut olunub ki, peyvənd olunanlar arasında ölüm, demək olar ki, baş vermir. Əgər riskli vəziyyət yaranarsa, yoluxma həddi çox olar və xəstəxanalar yüklənərsə, müvafiq qurumlar bəzi vətəndaşların məcburi peyvəndlənməsi ilə bağlı qaydalat tətbiq edə bilər. Nəzərə almaq lazımdır ki, daha az vətəndaş itkisinə nail olmaq üçün peyvəndləmə vacibdir və ona görə də bir sıra dövlətlər, misal üçün təqqüdçülərin məcburi vaksinasiyanı həyata keçirir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.



Deputat bildirib ki, ilk gündən Azərbaycanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə aparılan düzgün siyasət nəticəsində bu sahədə operativ addımlar atılıb: “COVID-19 virusu əleyhinə vaksinasiyaya tez bir zamanda başlanılması Azərbaycanın uğurlu vaksin strategiyasından xəbər verir. Həmçinin ölkədə bir sıra məhdudiyyətlərin tətbiq edilməsi, ali və orta məktəblərdə ənənəvi tədrisə qadağa qoyulması nəticəsində virusdan həyatını itirənlərin sayı daha az olub. Xəstəxanaların sayının artırılması, tibbi maska istehsal edən müəssisənin fəaliyyətə başlaması, o cümlədən müxtəlif vaksinlərin ölkəyə gətirilməsi bu istiqamətdə atılan vacib addımlardır. Bütün bunlar ölkənin pandemiyadan daha az itki ilə çıxmasına zəmin yaradıb. Hazırda ölkədə vaksinasiya prosesi uğurla aparılır, vəziyyəti normal qiymətləndirmək olar”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top