Britaniyada nazirlərin tualetində kokain tapıldı

DÜNYA 05 dek 2021, 18:30
Böyük Britaniya parlamentində narkotik maddələrin istifadəsinə dair dəlillər tapılıb.

Yerli mətbuatın məlumatına görə, kokain və digər qadağan edilmiş maddələrin izləri yalnız parlament vəsiqəsi olan şəxslər daxil ola biləcəyi yerlərdə, xüsusən də baş nazir Boris Consonun və daxili işlər naziri Priti Patelin şəxsi ofislərinin yanındakı tualetlərdə aşkarlanıb. 

Məsələ ilə bağlı qarşıdan gələn həftə krallığın İcmalar Palatasında müzakirələr aparılacaq. /oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top