Ramil Səfərov haradadır?

GÜNDƏM 04 dek 2021, 17:10
Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla bağlı müxtəlif şayiələr yayılıb.

İddia olunurdu ki, guya, Ramil Səfərov 6 aydır ölkədə yoxdur və ermənilər onu xarici ölkələrdən birində tutub aparıblar...

Tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bir qədər öncə şayiələrə nöqtə qoyub:

“Ramil Səfərov zəng elədi, danışdıq. Ölkədədir, səhhəti normaldır, hər şey qaydasındadır. Şükür Allaha!”, - deyə jurnalist vurğulayıb.

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib.

2002-ci ilin mart ayında H.Əliyev adına Ali Hərbi Məktəbə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib.

2004-cü ilin yanvar ayında NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Həmin il fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya edilib. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə əfv edilib.

O, hazırda polkovnik-leytenant rütbəsi ilə Azərbaycan Ordusunda xidmətini davam etdirir.(modern.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top