BMT Azərbaycanın əlilliyi olan şəxslərlə bağlı strategiyasını dəstəklədi

XARİCİ SİYASƏT 03 dek 2021, 11:32
"Pandemiya zamanı əziyyət çəkən təbəqələrdən biri də məhz əlilliyi olan şəxslər olub. Çünki onlar bu dövrü çox həssas keçirirlər".

Demokrat.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Hamı üçün layiqli iş – heç kim kənarda qalmasın” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, onlar pandemiya zamanı daim istismar olunub: "Dünya əhalisinin təxminən 15 %-i əlilliyi olan şəxslərdir. Onların reabilitasiya xidmətlərinin təmin olunması vacib amillərdəndir. Əlilliyi olan şəxslərin işlə təminatı nə qədər yüksək olsa, onların cəmiyyətə və ailələrinə töhfələri böyük ola bilər. Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi strategiyanı daim dəstəkləyirik".

BMT Azərbaycanın əlilliyi olan şəxslərlə bağlı strategiyasını dəstəkləyib

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top