Alimlər: “Omikron” ştammı təkrar yoluxma riskini üç dəfə artırır

DÜNYA 03 dek 2021, 08:56
Koronavirusun "omikron" ştammı əvvəlkilərdən üç dəfə daha yoluxucudur.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Epidemioloji Təhlil Mərkəzi və Milli Yoluxucu Xəstəliklər İnstitutunun birgə tədqiqatında məlumat verilir.

"Reuters" Cənubi Afrika alimlərindən sitat gətirib: "Məlumatlar göstərir ki, "omikron" ştammı koronavirusun əvvəlki variantlarına yoluxmuş insanların qəbul etdiyi müalicə preparatlarından yan keçmək qabiliyyətinə malikdir".

Araşdırmada qeyd edilir ki, "omikron" ştammı əvvəllər koronavirusu məğlub etmiş və yenidən xəstələnən insanlarda daha çox müşahidə olunur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top