Sosial

Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

Zaqatala rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq. Bu barədə Demokrat.az “Azəriqaz”a istinadən xəbər verir. Məlumata görə, noyabrın 3-də saat 09:00-dan işlər başa çatanadək “Zaqatala” QPS-də quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə bağlı qaz təchizatı dayandırılacaq. Təmir müddətində Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Demokrat.az

D
demokrat.az