“Ermənistan xoşməramlıq göstərmək istəyirsə, mina xəritələrini verməlidir”

GÜNDƏM 02 dek 2021, 16:11
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçdəki görüşü protokol görüşdür. Çünki, adətən görüşlər çərçivəsində belə görüşlər də təşkil olunur”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə deyib.

Politoloq qənaətincə bu görüş ondan xəbər verir ki, Azərbaycan və Ermənistan ATƏT çərçivəsində qarşılıqlı dialoq aparmağa hazırdır: 

“Həm Azərbaycan, həm də Ermənistan ATƏT-in üzvləridir. Həmin təşkilatın isə müəyyən prinsipləri var. Bu görüş onu göstərir ki, hər iki tərəf prinsiplərə əməl etməyə hazırdır. Hesab edirəm ki, görüşdə Ermənistan xoşməramlılıq göstərmək istəyirsə, o zaman ATƏT-in tələblərinə və prinsiplərinə əməl etmək üçün konkret addımlar atmalıdır. Xüsusən də, Azərbaycana mina xəritələrini verilməsiylə bu addımlar atıla bilər”.

Təəssüflər olsun ki, Ermənistan tərəfinin hələ də Azərbaycana qarşı destruktiv məsələlər qaldırdığını deyən politoloq əlavə edib ki, xüsusilə də Ermənistan tərəfi “hərbçilər”in verilməsiylə bağlı əsasız iddialar ortaya atırlar:

 “Qeyd edim ki, həmin şəxslər müharibədən sonra əsir düşüblər, əslində onlar hərbi əsirlər yox təxribatçılardı. Onlara beynəlxalq norma prinsiplərin konkret maddələri tətbiq olunmalıdır. Ona görə də, Ermənistan burada konstruktiv danışıqlar aparmaq istəyirsə, öz boynuna öhdəliklər götürməlidir ki, bu cür hallar bir daha təkrarlanmayacaq. Ancaq  Ermənistan bu öhdəliyi hələ də götürmür. Təbii ki, belə görüşlər çox yaxşıdır, ancaq ondan sonra əməlli addımlar atılmalıdır. Təəssüflər olsun ki, biz bunu görmürük. Gələn həftələrdə bu görüşün nə dərəcədə effektli olduğunun şahidi olacağıq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2024, 23:14
09 may 2024, 21:43
Top