Ermənilər Qarabağda məhv edilmiş məşhur terrorçuya abidə qoydular — FOTO

REGİON 26 noy 2021, 09:48
Ermənilərin Vardenis adlandırdığı Basarkeçər rayonunun mərkəzində məşhur terrorçu Monte Melkonyanın büstü qoyulub.

Demokrat.az xəbər verir ki, ermənilər büstü Qarabağda məhv edilmiş Melkonyanın doğum günündə - dünən açıblar.

Monte Melkonyana Ermənistanın və Qarabağdakı separatçı rejimin “milli qəhrəmanı” adı verilib

Xatırladaq ki, Monte Melkonyan 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Viseliya şəhərində anadan olub. 70-ci illərin sonlarında Livanda yaradılan “Asala” erməni terror qruplaşmasının sıralarında türk diplomatlara qarşı hücumlar təşkil edib. 1991-ci ildə Qarabağa gələrək qanunsuz hərbi birləşmələrin tərkibində vuruşub. 1993-cü il iyununda Qarabağda döyüşçülərimiz tərəfindən məhv edilib. Onu İrəvanda basdırıblar.(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top