Azərbaycan və Pakistan preferensial ticarət sazişi imzalayacaq

BİZNES 23 noy 2021, 10:40
Azərbaycan və Pakistan gömrük tariflərinin azaldılması ilə iki ölkə arasında ticarəti artırmağa imkan verəcək preferensial ticarət sazişi üzərində işləyir.

“Report” xarici mətbuata istinadən xəbər verir, bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib.

O, həmçinin deyib ki, Pakistan şirkətlərinin, o cümlədən əczaçılıq müəssisələrinin Azərbaycanda istehsalla məşğul olmaq üçün geniş imkanlar mövcuddur: "Yerli investorları Bakı limanı yaxınlığındakı Ələt Azad İqtisadi Zonasında birgə müəssisə yaratmaq imkanlarını araşdırmalarını təklif edirəm".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top