Ermənistan XİN: “İlham Əliyev - Paşinyan görüşünün fərqli format və müddətləri müzakirə olunur”

SOSİAL 22 noy 2021, 21:45

Ermənistan hökuməti ölkənin baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçiriləcək görüşün fərqli format və müddətlərdə təşkili variantlarını müzakirə edir.

Bunu TASS-a açıqlamasında Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bəyan edib.

O, bu məsələyə dair konkret razılaşmanın əldə olunacağı təqdirdə əvvəlcədən ictimaiyyətə xəbər veriləcəyini bildirib.

Qeyd edək ki, bir müddət öncə qurum Paşinyanın dekabrın 15-də “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Brüsseldə Azərbaycan dövlət başçısı ilə görüşməyə hazır olduğunu açıqlamışdı. /oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top