Partiya sədrindən Cəmil Həsənliyə sərt sözlər: “Cəsarətin, kişiliyin çatırsa...”

GÜNDƏM 20 noy 2021, 11:25
Gələcək Azərbaycan Partıyasının sədri Ağasif Şakiroğlu Milli Şuranın sədri, sabiq millət vəkili Cəmil Həsənlinin ona verilmiş "Əməkdar müəllim” fəxri adından imtina etməsi ilə bağlı özünün facebook hesabında münasibət bildirib, gənc partıya sədri qocaman siyasətçinin ünvanına olduğca dolğun və sərt itthamlar səsləndirib.

"Azərbaycan Reallığı"  Ağasif Şakiroğlunun sözü gedən həmin paylaşımını təqdim edir:

Cəmil Həsənli ona Prezident İlham Əliyev tərəfindən 2009-cu ildə Bakı Dövlət Universitetinin yaranmasının 90 illiyi ilə bağlı verilmiş “Respublikanın Əməkdar Müəllimi” fəxri adından imtina etdiyinə dair xəbərlərlə tanış oldum.

O bu addımını ölkədə vətəndaş hüquq və azadlıqlarının pozulmasına etiraz olaraq atdığını bəyan edib. 

İlk baxışdan normal görünən bu addım normal qiymətləndirilə bilərdi tərəfimdən. Amma və lakin… Hörmətli “demokratiya mücahidi, haqq və ədalət carçısı olan professor” Cəmil Həsənlinin cəsarəti 250 manat dəyərindəymiş… Əks halda bu belə olmasaydı o “əməkdar müəllim” adından və 250 manatlıq təqaüdündən deyil də, 2000-2010-cu illərdə daşıdığı saxta deputat mandatına görə aldığı 3000 manatlıq pensiyasından imtina etmiş olardı… Olmaya Cəmil Həsənli 3000 manatlıq pensiyasına qıya bilmir?! 

Bu məmləkətdə axı kimə sirr deyil ki, bu şəxs daxil parlamentdə əyləşmiş bütün müxalifət nümayəndələri xalq tərəfindən deyil də, biyyət etdikləri nazirlər tərəfindən deputat mandatı ilə “mükafatlandırılıblar”? 

Misal üçün Cəmil Həsənli Misir Mərdanov vasitəsilə mandat sahibi olduğu kimi... Əlqərəz… 

Biri Cəmil Həsənliyə izah etsin ki, əgər bu yolda səmimidirsə bu hakimiyyətdən aldığı xırda mükafatlardan imtina etməklə kifayətlənməsin. Haqqı olmadan aldığı 3000 manatlıq deputat pensiyasından da imtina etsin! Əlbət cəsarəti, kişiliyi çatırsa… 

Əks halda şoumenlik etməsin. Mümkündür ki, o özünü hələ də Misir Mərdanovun, Fərhad Əliyevin klounu zənn edir. Belədirsə biriləri onu ayıltsın… 

Hər kəs bilsin ki, boğazdan yuxarı bəyanatlar səsləndirməklə daha bu xalqı aldadaraq özündən “qəhrəman” düzəldəcək dövrlər keçmişdə qalıb. Xalq hər şeyi görür və bilir! 

Klounluğu özünüzə saxlayın cənab Həsənli! Əmin olun ki, xalq sizin maskanızı İlhamə Quliyeva ilə yol-yoldaşlığı etdiyiniz dövrlərdə artıq cırıb…

Demokrat.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 noy 2021, 20:23
Top