Daha iki ölkədən bu məhsulların idxalına qadağa qoyuldu

SOSİAL 19 noy 2021, 20:48

İngiltərənin Şərqi İngiltərə regionunda və Macarıstan Respublikasının Baç-Kişkuninzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AQTA-dan verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İngiltərənin Şərqi İngiltərə regionundan və Macarıstan Respublikasının Baç-Kişkun inzibati ərazi vahidindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İngiltərədən və Macarıstan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top