Gənclər hərbi xidmətdən yayınmaq üçün magistraturaya “axın“ edirlər?

GÜNDƏM 19 noy 2021, 20:22

Son illər magistraturaya qəbul olmaq istəyənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Hətta deyə bilərik ki, bu sahəyə kütləvi axın var.

Rəsmi məlumatlara görə, magistraturaya qəbul olmaq istəyən bakalavrların sayı ötən illə müqayisə də iki dəfə artaraq, 20 minə çatıb.

Maraqlıdır, bu "axın" nə ilə bağlıdır?

Oğlanların hərbi xidmətdən yayınmaq üçün magistr təhsili almaq istəməsiylə bağlı səslənən mülahizələr nə dərəcədə doğrudur?

Təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a açıqlamasında deyib ki, xidmət haqqının artması imtahan iştirkaçılarının sayını azaltdı:

“Ümumiyyətlə, rəqəmlərə baxanda görürük ki, 2016-cı ilə qədər ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olmaq istəyənlərin sayı daha çox idi. 2016-cı ildə hətta bu rəqəm 22-25 min arasında dəyişib. Bunun əsas səbəbi qəbul imtahanın ödənişlərinin az olmağı idi. 2016-cı ildən etibarən tələb olunan ödəniş 3 manatdan 50 manata qədər qalxdı. Təbii ki, xidmət haqqının çox olması birmənalı şəkildə imtahan iştirakçılarının sayına təsir göstərdi. 2017-2018-ci ildə bu rəqəm 8-10 minə qədər düşdü”.

Ekspertin sözlərinə görə, işə qəbul prosesində magistr təhsili olana üstünlüyün verilməsi magisturaturaya qəbul olmaq istəyənlərin sayını artırdı:

“Son illər artıq insanlar bu qiymətlərə alışıblar. Ona görə də imtahan verənlərin sayı ilbəil artırdı. Təbii ki, burada bir neçə səbəb var. Birinci səbəb işə qəbul prosesində üstünlük verilməsidir. İkinci isə son illər Azərbaycanda elmə müəyyən qədər diqqət artırılıb. Elm tutumlu layihələrin vəsait ayrılmasını müşahidə edirik. Bu amilllər öz təsirini göstərirdi”.

K.Əsədov magisturaturaya axının hərbi xidmətlə bağlı olmadığını deyib:

“Təbii ki, hərbi xidmət məsələsi danılmazdı. Lakin biz qəbul olanların statistikasına baxanda görürürk ki, müraciət edənlərin böyük əksəriyyəti oğlanlar deyil. Qızların üstünlüyünü müşahidə edirik. Magisturaturadan hərbi xidmətdən yayınmaq üçün vasitə kimi istifadə edilmir.

Əksinə, Azərbyacan gəncləri bu gün könüllü olaraq hərbi xidmətə gedirlər. Son illər Azərbycanda gənclərin elmə gəlməsində, elmdən bu və ya digər vəzifələrə irəliləməsində biz fərqi görürürük. Gənclərin marağı artıb. Digər tərəfdən magistratura pilləsinə qəbulun plan yerləri də çoxalıbdır. Artıq 50 faiz plan yerləri ödənişsizdir. Bütün bu imkanlar gənclərin magisturatura pilləsinə marağını artırır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top