Nazir Avropa çempionlarını qəbul etdi

İDMAN 19 noy 2021, 19:44

Bu gün gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa birinciliyinin qalibləri və onların məşqçiləri ilə görüşüb.


Demokrat.az-ın xəbərinə görə, görüşdə Bosniya Herseqovinada  keçirilmiş qitə birinciliyində çempion olmuş Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq), həmçinin bürünc medalçı Pünhan Mürsəlov (45 kq) iştirak edib.
 

Nazir Fərid Qayıbov ölkəmizi layiqincə təmsil etmiş gənc idmançılarımızı təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
 

Qeyd edək ki, görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov da iştirak edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top