Azərbaycanda erməni terrorçuların məhkəməsinin vaxtı açıqlandı

KRİMİNAL 18 noy 2021, 10:32
Azərbaycanda terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. 

Demokrat.az xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 14-nə təyin edilib. 

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi kollegiyada baxılacaq. 

Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top