“Ötən gün Ermənistan növbəti dəfə cəbhədə böyük təxribat əl atdı və bu da bir daha müharibənin davam etməsinin göstəricisidir”.
Bunu Demokrat.az-a açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib. Hərbi ekspert qeyd edib ki, bu dəfə artilleriyadan istifadə 10 noyabr sazişinə tamamilə ziddir və Ermənistanın üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir:
“Bir neçə gün bundan öncə Şuşada postumuza atılan qumbara, hərbiçilərimizin yaralanması ilə törədilən cinayət aktı bunun Ermənistan tərəfində qəsdən törədildiyini sübut edir. Bunu vahid planın tərkib hissəsi kimi qiymətləndirirəm. Həmin əmrləri verənlər Azərbaycanın hüquq mühafizə orqanlarına təhvil verilməlidir. Əks halda bunun nəticələri daha böyük olacaq. Ermənistan 2020-ci il Vətən müharibəsindən öncə təxribatlar törədirdisə, düşünmək olardı ki, hansısa bir ordusu var, amma müharibədən sonra bu addımı atması başa düşülən deyil. Sual yaranır, o kimə və hansı ordusuna güvənir? Ermənistan bir ildə 4 müdafiə naziri dəyişib, heç bir sahədə potensial kadrı yoxdur. Ermənistan bu gün ard-arda səhvlər etməkdə davam edir. Azərbaycan dövləti ona dəfələrlə şans verdi ki, münasibətləri normallaşdırsın, qonşu münasibətlərini qursun. Lakin Ermənistan hər dəfə Azərbaycanın uzanan sülh əlinə qarşı bu cür terror fəaliyyəti göstərir. Onlar işğal fəaliyyətini yenə də davam etdirirlər. Bunlar bağışlanılmazdır və Ermənistanın siyasi hərbi rəhbərliyi cavab verməlidir. Rusiya da konkret vasitəçilik missiyasını üzərinə götürüb, bölgədə sülhü bərqərar etməlidir. Rusiyanın sülhməramlılarına beynəlxalq birlik konkret münasibətini bildirməlidir”.
Müsahibimiz əlavə edib ki, bu gün Azərbycanın güclü ordusu və onun hərbi büdcəsi ildən-ilə artmaqdadır: “ Hər il Türkiyə və Pakistan ilə birgə hərbi təlimlər keçirilir. Azərbaycan ordusu xüsusən dağlıq ərazilərdə terrorçulara qarşı davamlı təlimlər həyata keçirir. Xüsusi təyinatlılarının sayı hər il artırılır və Türkiyədə onlara xüsusi kurslar keçirilir. Ötən il 44 günlük savaşda ordumuz böyük nailiyyətlər əldə etdi. Bu il isə ordumuz keçən ilkindən iki dəfə güclüdür. Hesab edirəm ki, Ermənistana birdəfəlik layiq olan cəza verilməlidir. Ermənistan bu cür addımlar atırsa, onun başına dəmir yumrq daha möhkəm dəyməlidir”.
Aynurə
Demokrat.az